Azərbaycan bu ilin yanvar-iyul aylarında 132 milyon 728 min ABŞ dolları məbləğində 198,1 min ton meyvə-tərəvəz idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,2 milyon dollar azdır.

Hesabat dövründə meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 1,39%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 141 milyon 998 min ABŞ dolları dəyərində 231,9 min ton meyvə-tərəvəz idxal edib.

 

Gözəl Həşimova