Bu ilin yanvar-avqust aylarında Azərbaycan 246 milyon 879 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,6 milyon ABŞ dollar və ya 44,2 % çoxdur.

Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı Azərbaycanın ümumi idxalının 2,21 %-ni təşkil edib.

 

Gözəl Həşimova