Azərbaycan bu ilin yanvar-iyun aylarında düyü idxalına 32,5 milyon dollar xərc çəkib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22,1% və ya 5,8 mln. dollar çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,40%-ni təşkil edib.

Əlavə edək ki, 2022-ci ilin eyni dövründə ölkəyə idxal edilən düyü 26,6 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova