Amerikanın idman malları istehsalçısı "Nike" satışların azalması fonunda məhsul çeşidini və istehsalını azaltmağı planlaşdırır.

Bbu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Məlumatına görə, qeyri-sabit tələb fonunda pərakəndə satıcılar daha az sifariş verdiyi üçün idman geyimi istehsalçısının topdansatış biznesi daimi təzyiq altındadır.

Belə ki, şirkətin 2024-cü maliyyə ilinin ikinci rübü üzrə göstəricilərindən sonra onun səhmləri 11% ucuzlaşıb. Belə ki, ikinci rübdə "Nike" 13,39 milyard dollar gəlir əldə edib.

 

Gözəl Həşimova