Naxçıvan MR-nın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron informasiya resursu yeni “nits.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Bu barədə İqtisadiyyat.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildiriib.

Məlumata görə, qurum muxtar respublikanın dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirləri davam etdirir.