Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 97,2 milyon manat vergi daxil olub.

İqtisadiyyat.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 27,9 % və yaxud 21,2 milyon manat çoxdur.

6 ayda Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 118,5 % icra edilib.