Noyabrın 16-da ABŞ Aerokosmik Agentliyinin (NASA) Aya qayıdış layihəsi çərçivəsində buraxdığı Orion kapsulu "ən uzaq məsafə" rekordu qırıb.


İqtisadiyyat.az xəbər verir ki, NASA-nın verdiyi açıqlamada, kapsulun noyabrın 26-da təqribən 430.000 kilometr yol qət etdiyi bildirilib.


Artemis missiyasının meneceri Mike Sarafin qeyd edib ki, buraxılışdan cəmi iki həftə sonra qırılan bu rekord növbəti missiyalar üçün atılacaq addımlara işıq salacaq.