Avropa Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" doğma meydanda "Gent"i 1-0 hesabı ilə məğlub edib.

İqtisadiyyat.az xəbər verir ki, Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı matçdan sonra CBC Sport kanalında müsahibə verib.

"Komandanın çıxışını çox yaxşı dəyərləndirirəm. Uzun zamandan sonra Avropa turnirlərində ilk oyunumuz idi. Oyunun ilk dəqiqələrində çətinlik çəksək də, daha sonra öz oyunumuzu tapdıq. Rəqib də 90 dəqiqə dayanmadan pressinq edən komanda idi. Bizim üçün çətin rəqib idi. Əlimizdən gələni etdik, əzmkarlıq göstərdik. Qələbə qazana bildik. İkinci oyuna daha yaxşı hazirlaşacağıq.

"İlk dəqiqələrdən həyəcanlı idim. Bu matçda iştirak etmək çox xoş oldu mənim üçün. Uşaqlıqdan "Qarabag"ın oyunlarına baxa-baxa böyümüşəm. Həmişə mənim arzum olub ki, bu arenada, bu azarkeşlərin önündə oynaya bilim. Ona görə də sözlə açıqlaya bilməyəcəyim hisslər yaşadım. Uşaqlıq arzumu həyata keçirtdim"