Rusiya ilə genişmiqyaslı müharibənin hər günü Ukrayna təbiətinə 102 milyon avro (4 milyard qrivna) ziyan vurur.

İqtisadiyyat.az "UNİANA"a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu günə kimi Ukraynanın ekoloji itkiləri 51 milyard avroya (2 trilyon qrivna) çatıb. Bildirilib ki, ekologiyaya dəyən itkilərin hesablanması davam edir.