“Moskviçtexxidmət” ASC səhmdarları­nın növbəti ümumi yığıncağı keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

1. “Moskviçtexxidmət” ASC-nin 2023-cü ilə aid maliyyə-təsərrüfat fəa­liyyətinin yekunlarının hesabatı təsdiq edilərək qənaətbəxş hesab olunsun.

2. “Moskviçtexxidmət” ASC-nin 2023-cü ilə aid fəaliyyəti nəticəsində ya­ranmış mənfəətdən səhmdarlara dividend verilsin.

3. Digər məsələlər barədə qərar qəbul edilməyib.