Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada görüşünü təşkil etməyə hazırıq.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsi ilə bağlı yardım etməyə davam edir.

O bildirib ki, hər iki tərəf danışıqlarda Rusiyanın vasitəçiliyində maraqlıdır.