"Moody's" beynəlxalq reytinq agentliyi İsrail hökumətinin xarici və yerli valyutada uzunmüddətli emitent reytinqlərini "A1" səviyyəsində aşağı salmaq imkanını nəzərdə keçirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, ölkənin reytinq proqnozu isə "sabit"dir.

“İcmal münaqişənin ehtimal olunan müddəti və miqyasına, habelə onun İsrail institutları üçün nəticələrinin qiymətləndirilməsinə, xüsusən də siyasətlərin, dövlət maliyyəsinin və iqtisadiyyatın effektivliyinə diqqət yetiriləcək.  Moody's münaqişənin həllinə doğru irəliləmə ehtimalını və ya uzun müddət ərzində əhəmiyyətli dərəcədə eskalasiya ehtimalını da qiymətləndirəcək”, - məlumatda deyilir.

 

Gözəl Həşimova