Monteneqrodan Türkiyənin zəlzələ bölgələrinə bu vaxtadək 27 ton humanitar yardım göndərilib.

İqtisadiyyat.az xəbər verir ki, yardımları daşıyan daha 2 yük maşını yola düşəcək, həmçinin yardımlar Türk Hava Yollarının (THY) gün ərzində həyata keçirdiyi 2 reyslə də bölgəyə çatdırılır.

Monteneqrodakı müxtəlif təşkilatlar və qurumlar vasitəsilə indiyədək təxminən 400 min avro maliyyə yardımı toplanıb. Maliyyə yardımları Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Türkiyədəki hesabına köçürülür. Monteneqronun 53 xilasedicisi Türkiyədəki axtarış-xilasetmə içlərində fəal iştirak edib və ölkəyə qayıdıb.

Monteneqronun Baş nazirinin müavini, investisiyalar naziri Ervin İbrahimoviç ölkəsinin hər zaman Türkiyənin yanında olduğunu qeyd edib, yardım kampaniyalarının davam etdiyini bildirib.