"Rusiya Federasiyası ötən il 160-dan çox ölkəyə ərzaq tədarük edib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin Minskdə keçirilən “Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi” plenar sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkə 100 milyon tondan çox ərzaq ixrac edib.

“Ərzaq təhlükəsizliyinin təmin edilməsi vəzifəsi Rusiya üçün əsas əhəmiyyət kəsb edir. Ölkəmiz qlobal bazarda kənd təsərrüfatı məhsullarının ən yaxşı iyirmi tədarükçüsündən biridir. Rusiya, eyni zamanda 40 milyon tondan çox gübrə ixrac edib”.

 

Gözəl Həşimova