İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, nazir təbriki rəsmi “Twitter” səhifəsində paylaşıb.

Paylaşımda bildirilir:

“Qurban bayramı münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Xeyirxahlıq və bərabərlik rəmzi olan bu müqəddəs gündə möhkəm cansağlığı, firavanlıq və xoş ovqat diləyirik”.