İrlandiyanın məlumat tənzimləyicisi Facebook və İnstagram tərəfindən hədəflənən reklamların Aİ məxfilik qanununu pozduğunu müəyyən edib.

Facebook-un ana şirkəti Meta reklam məqsədləri üçün Facebook və Instagram istifadəçilərinin onlayn fəaliyyətini izlədiyinə görə İrlandiya məlumat tənzimləyicisi tərəfindən 414 milyon dollar cərimələnib .

Dublində yerləşən Məlumatların Mühafizəsi Komissiyası (DPC) öz saytında elan edib ki, Meta Facebook-la bağlı pozuntulara görə 222,5 milyon dollar, Instagram-la bağlı pozuntulara görə isə 191 milyon dollar cərimələnəcək.

Meta-ya məxsus WhatsApp mesajlaşma xidməti ilə bağlı ayrıca araşdırma hələ də davam edir.