TFF-nin açıqladığı və martın 1-də həyata keçiriləcəyi vurğulanan "Çiyin-çiyinə Türkiyə" kampaniyası Messi, Neymar və Mbappe kimi ulduz futbolçuların iştirakı ilə baş tutacaq.

İqtisadiyyat.az xəbər verir ki, zəlzələ qurbanları üçün bir araya gələn TFF və Super Liqa klubları 1 Mart Çərşənbə günü telekanallarda yayımlanacaq proqramda ianə toplayacaq. Kampaniyaya dəstək verən PSJ-nin ulduzları Messi, Neymar və Mbappe ilə yanaşı bir çox futbolçu da iştirak edəcək.

Proqramda buna bənzər çoxlu tədbirlər keçiriləcək. TFF və Super Liqa klubları "Çiyin-çiyinə Türkiyə" kampaniyasından toplanacaq ianələrlə konteyner sayını 10 minə çatdırmağı hədəfləyir.