Bu gün Mərkəzi Bankda ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. 

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankının sədri Taleh Kazımov "twitter" hesabından paylaşım edib.

O qeyd edib ki, görüş zamanı Azərbaycan Mərkəzi Bankı və BVF arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb:

"Görüşdə həmçinin BVF-nin Maddələr Sazişinin 4-cü maddəsi üzrə məsləhətləşmələrə hazırlıq çərçivəsində görüləcək işlər və Azərbaycanın gələcək inkişafı üçün BVF-nin dəstək proqramları ətafında müzakirələr apardıq".