Son günlər məktəblilərin naməlum şəxslər tərəfindən qaçırılmasına cəhdlə bağlı ölkədə ciddi narahatlıqlar yaranıb. Məktəbdən çıxan uşaqları elə məktəbin yaxınlığından oğurlamağa cəhd etmək isə müxtəlif suallar doğurur. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəblərin əksəriyyətində müşahidə kameraları və mühafizə xidmətləri mövcuddur.  Belə olan halda məktəblini qaçıran və ya qaçırmağa cəhd edən şəxslər kameralarda niyə görünmür? Cavab isə çox bəsitdir. Çünki məktəblərin əksəriyyətində quraşdırılan müşahidə kameraları işləmir.

Elə Mehdiabad qəsəbəsində yerləşən 188 nömrəli məktəbdəki kimi. 5-ci sinif şagirdini qaçırmağa cəhd edirlər, lakin məktəbin kameraları işləmir. Bəs kameralar işlək vəziyyətdə olmayacaqsa niyə quraşdırılıb?  Məktəblərdə bu kimi halların qarşısının alınması istiqamətində işlər görüləcəkmi?

Qeyd edək ki, sualarımızın cavablandırılması üçün Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasaq da zənglərimizə cavab verən olmadı.