Meksika hesab edir ki, dünya ictimaiyyəti Rusiyanı Ukraynada sülh yolu ilə nizamlanmanın müzakirəsinə cəlb etmək üçün diplomatik səylər göstərməlidir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Meksika Xarici İşlər Nazirliyinin rəhbəri Alisiya Barsena Bürgenstokda Ukrayna ilə bağlı konfransda çıxışı zamanı deyib.

"Rusiyanın bu müzakirəyə daxil olmasını təmin etmək üçün diplomatik səylər göstərilməlidir", - deyə nazir bildirib.

O əlavə edib ki, Meksika BMT-nin himayəsi altında baş tutan sülh prosesinin tərəfdarıdır.