Bu il iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,92 bənd təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında qeyd olunub.

Bu göstərici 2023-cü ilin mayın 1-i ilə müqayisədə 0,5 bənd, yanvarın 1-i ilə müqayisədə 0,61 bənd, 2022-ci ilin iyunun 1-nə nisbətən isə 0,89 bənd azdır.