Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Bayden ilə Ukraynadakı vəziyyətlə bağlı siyasətlərin razılaşdırılmasından tutmuş ticarət mübahisələrinin yumşaldılmasına qədər müxtəlif məsələləri müzakirə etmək üçün ABŞ-a səfər edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə France24 məlumat yayıb.
Makronu xarici işlər, müdafiə və maliyyə nazirləri müşayiət edir. Bu da dövlət başçısının ümid etdiyi transatlantik əməkdaşlığın diapazonunu nümayiş etdirir. 
Bununla belə, Makronun müşavirlərindən biri müttəfiqlər arasında fikir ayrılıqlarının davam etdiyi üçün Baydenlə çətin danışıqların olacağını proqnozlaşdırıb.

Məhəbbət Məmmədov