Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası "Konyaspor"da ilk məşqinə çıxıb.

İqtisadiyyat.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədə baş verən zəlzələ səbəbindən Superliqa təmsilçisinin futbolçularına üç gün fasilə verilib. Dünən isə komanda bir araya gələrək mediaya qapalı məşq keçiriblər. Məşqdə M.Emreli ilə yanaşı digər yeni transfer Marlos Moreno da iştirak edib. Onlar hər ikisi "Konyaspor"un futbolçuları ilə tanış olublar. Daha sonra baş məşqşi Aleksandar Stanoyeviç yeni transferlə görüşərək ayaqüstü söhbət edib. O, Emreli və Morenodan gözləntilərini bildirib.

Qeyd edək ki, "Konyaspor" bu gün məşqlərini davam etdirəcək.