Aleksandr Lukaşenko tezliklə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Prezdentin sözlərinə görə, danışıqlar iqtisadi məsələlərdən ibarət olacaq: 

“Müəyyən qadağalar var, təəssüf ki, bu qadağalar bürokratikdir. Yaxın vaxtlarda Rusiya prezidenti ilə görüşüb, bu məsələləri müzakirə edəcəyik”.

Məhəbbət Məmmədov