Bu gün Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacaq: “Mayın 21-i səhər saatlarından etibarən külək zəifləyəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.