"NATO onun razılığı olmadan atılan bütün hərəkətləri sülhə təhlükə kimi görür."

Bunu Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib.


İqtisadiyyat.az xəbər verir ki, Konstantin Kosaçev NATO-nun baş katibi Yens Stoltenberqin Çinin Avropada artan varlığının alyansın təhlükəsizliyinə təhdid yarada biləcəyi ilə bağlı xəbərdarlığına reaksiya verib.

Kosaçev NATO-nun Alyansın razılığı olmadan qlobal güclərin hərəkətlərini sülhə təhlükə kimi qəbul etdiyini və Rusiya və Çinin NATO-nun mövqeyini qəbul etmədiyini vurğulayıb.