İlkin ehtimala görə, Polşaya düşən raketlər Kiyev tərəfindən Rusiya raketlərini vurmaq üçün atılan raketlərdən biridir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı "Deutsche Welle" ABŞ rəsmilərinə istinadən verib.

Qeyd edək ki, dünən axşam saatlarında 2 qanadlı raket Polşa-Ukrayna sərhədi yaxınlığında, Pşevoduv yaşayış məntəqəsindəki fermaya düşüb. Hadisə nəticəsində 2 polşalı fermer həlak olub. raketlərin mənşəyi məlum deyil.