Hər gün olduğu kimi bu gün də ölkədə və dünyada baş verən hadisələrlə bağlı müxtəlif ictimai-siyasi xadimlərin önəmli açıqlamaları oldu. 

İqtisadiyyat.az tanınmış şəxslərin bu günə olan sitatlarını bir araya gətirərək sizə təqdim edir. Beləliklə, kim nə dedi?

Müdafiə naziri Zakir Həsənov: “Azərbaycan Ordusu qabaqcıl dövlətlərin orduları səviyyəsində modernləşdirilib”.

Ermənistan parlamentinin sədri Alen Simonyan: "XİN başçılarının sabah Vaşinqtonda keçirəcəkləri görüş irəliləyişə səbəb ola bilər".

Rusiya Xarici İşlər naziri Sergey Lavrov: "Uğursuz qiyam Rusiya ilə dostları arasında münasibətlərdə çətinlik yaratmayacaq".

Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov: "Rusiya "Vaqner" üsyanı zamanı KTMT-dən kömək istəməyib".

NATO baş katibi Yens Stoltenberq: “Vagner”in ləğv edilmiş üsyanı Kremlin müharibəyə başlamaqla strateji səhv etdiyini nümayiş etdirib".

Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini İqor Romanenko: “Qərb hər şeyi gecikmə ilə edir, buna görə hərbçilərimiz ölürlər”.

Serbiya Prezidenti Aleksandr Vuçiç: “Putin güclü duruşu ilə “Vagner”in qiyamının qarşısını şəxsən alıb”.

Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat: “Ümid edirəm ki, beynəlxalq ictimaiyyət Rusiya ilə İran arasında hərbi əməkdaşlığı dayandırmaq üçün hər şeyi edəcək”.

FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov: "Təbii ki, Azərbaycan millisinin Avropa çempionatında iştirakı çətin görünür, amma inanıram ki, Türkiyə yığması Almaniyaya gedəcək".