Azərbaycan Premyer Liqasının 23-cü turu start götürüb.

İqtisadiyyat.az xəbər verir ki, turun ilk matçında "Kəpəz" Gəncə şəhər stadionunda "Şamaxı" klubunu qəbul edib. Azarkeşlərin 5 qola şahidlik etdiyi matçı Gəncə təmsilçisi 3-2 hesabı ilə qazanıb.

Bu qələbədən sonra "Kəpəz"in mövqeyində dəyişiklik olmayıb. "Sarı-göylər" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar.