Kəlbəcər şəhərindən İstisuya elektrik xətti yenilənəcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC müvafiq işlərə başlayıb.

Belə ki, 110/35/10 kV-luq "Qamışlı yarımstansiyasından çıxan 110 kV-luq mövcud hava xəttinin Kəlbəcər şəhəri ərazisindən İstisuya qədər olan hissəsinin 110 kV-luq iki dövrəli hava xətti ilə yenidənqurulması işləri həyata keçiriləcək.

"Azərişıq" sözügedən işlərin reallaşdırılmasını "Smart Energy Services" şirkətinə həvalə edib.

Şirkətlə ASC arasında bununla bağlı 16.2 milyon manatlıq müqavilə bağlanacaq.