Kubaya səfər edən Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri Kanadanı təhdid etmir, lakin Kanada ordusu amerikalılarla birlikdə onların hərəkətinə nəzarət edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyr jurnalistlərə bildirib.

"Rusiya donanması Kanada və ya kanadalılar üçün təhlükə yaratmır, lakin donanmanın hərəkətlərini izləmək üçün biz ABŞ ilə çox sıx işləyirik", - o deyib.

Bleyr əlavə edib ki, Kanada bu məqsədlər üçün gəmilər və patrul kəşfiyyat təyyarələri yerləşdirib.