İstanbulun İstiqlal küçəsində baş vermiş terror aktı ilə əlaqədar daha 2 şəxs saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə mediasında yayılan xəbərlərə görə, bununla da hadisə ilə bağlı saxlanılanların sayı 48-ə çatıb.

Qeyd edək ki, terror aktı nəticəsində 6 nəfər ölüb, 80 nəfər yaralanıb.