İsrail ötən il 13,07 milyard dollar dəyərində silah satıb.

İqtisadiyyat.az xəbər verir ki bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, İsrailin silah ixracı son beş ildə iki dəfə artıb.  

Bəyanatda deyilir ki, ardıcıl üçüncü ildir ki, İsrailin silah ixracı rekord qırır.

 

Gözəl Həşimova