İsrail və ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə proqramını hədəf alan hava təlimlərinə başlayır.

Bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabında bildirib:

“Bölgədəki təhdidlərlə bağlı fərqli ssenarilərə hazırlaşırıq. Döyüş və yanacaq dolduran təyyarələr də iştirak edəcək.”

Qeyd edək ki, son aylarda İsrail və ABŞ arasında müxtəlif səviyyələrdə birgə hərbi təlimlər keçirilir. İsrail və Aralıq dənizi səmalarında davam edəcək birgə hava təlimində İranın nüvə proqramını hədəf almaq üçün uzun məsafəli uçuşlar həyata keçiriləcək.