İsrail Macarıstanla dostluq əlaqələrini yüksək qiymətləndirir və onun Avropa İttifaqına (Aİ) sədrliyinin İsrailin Avropadakı mövqeyini gücləndirməsinə kömək edəcəyini gözləyir.   

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz Budapeştdə macar həmkarı Peter Siyarto ilə görüşündən sonra deyib.

O vurğulayıb ki, Macarıstanın Aİ-də sədrliyi İsrailin Avropa İttifaqındakı mövqeyini yaxşılaşdırmaq üçün görünməmiş fürsət vəd edir: "İsrail İran və onun bütün peyklərinin rəhbərlik etdiyi radikal İslamın ifrat oxuna qarşı bütün azad dünyanın müharibəsini aparır. Macarıstanın Aİ-də aparıcı rolu İrana qarşı sanksiyaların və onun nüvə silahına sahib olmaq cəhdlərinin davam etdirilməsinə töhfə verə bilər". 

Katz ABŞ və digər ölkələrlə birlikdə genişmiqyaslı müharibənin qarşısını almaq üçün İrana qarşı addımları vacib hesab edib.