İsrailin hərbi qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində təşkil etdiyi basqınlarda 45 fələstinlini nəzarətə götürüb.

Onlardan 15 nəfəri Hebronda, digərləri isə İordan çayının qərb sahilinin müxtəlif yerlərində saxlanılıb. Saxlanılanlar arasında keçmiş fələstinli məhbusların və uşaqların da olduğu bildirilir.

Xatırladaq ki, İsrail qüvvələrinin 2022-ci ilin əvvəlindən bu yana ən az 6 min fələstinlini nəzarətə götürdüyünə diqqət çəkilərək, bu şəxslərin 141-nin qadın, 739-unun uşaq olduğu bildirilib.