İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılacaq.

İqtisadiyyat.az xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov məlumat verib.

Azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması təklif olunub və səsverməyə çıxarılaraq qəbul edilib.

Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.