İrkutsk vilayətinin şimalındakı Artemovski kəndində magistral su kəmərində yaranan fasilə ilə əlaqədar fövqəladə vəziyyət (ES) elan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru İqor Kobzev Telegram kanalında məlumat verib.

Kobzev vəziyyəti nəzarətdə saxladığını qeyd edib. Onun sözlərinə görə, qəza yerində mühəndis qrupları işə başlayıb.

O, bağlanan mənzillərə dəyən ziyanın qiymətləndiriləcəyini və sakinləri üçün müvəqqəti yaşayış mərkəzləri yaradıldığını bildirib.

Məhəbbət Məmmədov

 

owl_detail_240_cc6ee99b20422dd4f09f91c82633eafd(1).jpeg