Cari İran təqvim ilinin 8 ayı ərzində (2023-cü il martın 21-də başlayıb) İranın 15 qonşu ölkə ilə ticarət dövriyyəsinin həcmi 11,4% artaraq 38,62 milyard dollar təşkil edib.

Bu barəsə İqtisadiyyat.az "IRNA"ya istinadən xəbər verir.

Bu dövrdə İranın 15 qonşu ölkə ilə ticarət dövriyyəsi 63,1 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2% çoxdur.

Belə ki, bu ilin 8 ayı ərzində İran qonşu ölkələrə 18,38 milyard dollarlıq mal ixrac edib. Bu ölkələrdən isə idxal 20,24 milyard dollar dəyərində olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 394,9 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova