Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Doğuş Holdinq və Boğaziçi Müdafiə Sənayesi şirkətlərinin rəhbərləri ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün tvitter hesabından paylaşım edib.

"Türkiyənin Doğuş Holdinq və Boğaziçi Müdafiə Sənayesi şirkətlərinin rəhbərləri ilə görüşdə Azərbaycanda investorlar üçün yaradılmış sərmayə və biznes mühiti haqqında ətraflı məlumat verildi, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıldı", - paylaşımda qeyd olunub.