İngiltərədə 400 mağazası olan məişət malları, bəzək məhsulları, tekstil və bağ ləvazimatları satan "Wilko" şirkətinin iflası pərakəndə satış sektoruna təsirsiz ötüşmür.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, analitiklər qarşıdakı dövrdə iflas dalğasının daha da  genişlənəcəyini proqnozlaşdırıblar. 

Belə ki, bu ilin ikinci rübündə Böyük Britaniyada ticarət mərkəzlərindəki pərakəndə mağazaların 17,8 faizi, alış-veriş küçələrindəki mağazaların isə 13,9 faizi boş qalıb.

Həmçinin ölkənin aparıcı mebel və mallar şəbəkəsi olan "Argos" bu il və 2024-cü ildə 100-ə yaxın mağazanı bağlamağı planlaşdırır. Ölkənin aparıcı əczaçılıq və fərdi qulluq məhsulları şəbəkəsi olan "Boots" 300 mağazasını bağlamağı düşünür. "Boots" mağazalarının sayının 2024-cü ilin iyun ayında 2200-dən 1900-ə qədər azalacağı gözlənilir.

Bundan başqa, ölkənin əyləncə məkanları da iflas küləyinin təsirinə düşüb. Son 12 ayda müflis olan əyləncə məkanlarının sayı 80 faiz artaraq 729-a çatıb.

Gülşən Şərif