İndoneziya Prezidenti Coko Vidodo dünyanın 20 ən böyük iqtisadiyyatının təmsil olunduğu G20 Zirvə toplantısında liderlərə “müharibəni dayandırın” deyə müraciət edib:

"Mən bütün tərəfləri sakit olmağa və gərginliyi aradan qaldırmağa çağırıram. Müharibə daha ciddi dağıntılara səbəb olacaq. Ona görə də müharibəni dayandırmalıyıq. Dünya ikinci soyuq müharibəyə düşməməlidir.”