Twitter-in yeni sahibi Elon Musk (İlon Mask) Twitter vasitəsilə ABŞ-ın texnologiya nəhəngi Apple-a “müharibə” elan edib. Mask tvitində "Apple Twitter-də reklamını demək olar ki, dayandırıb. Onlar Amerikada söz azadlığına nifrət edirlər?" yazdıqdan sonra o, Apple-ın Baş direktoru Tim Cook-u işarələyib və "Burada nə baş verir?" paylaşıb.

Tesla-nın Baş direktoru və Twitter-in yeni rəhbəri İlon Mask bazar ertəsi günü Apple-ın Twitter-dəki reklamlarının əksəriyyətini dayandırdığını bildirib. Həmçinin Mask, Apple-ın Twitter-i şirkətin tətbiqini AppStore mağazasından silməklə hədələdiyini açıqlayıb.

Marja xəbər verir ki, İlon Mask Apple şirkətini tətbiq mağazasında edilən satışlardan haqq almaqda ittiham edib.