İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycana səfər etmək üçün yola düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Azərbaycana səfər edən İran XİN rəhbəri Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Əmir-Abdullahian səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmilərlə görüşəcək.