Ötən il Azərbaycanda adambaşına 116.6 kiloqram çörək istehlak edilib. Bu isə 2022-ci illə müqayisədə 5.9 kiloqram azdır.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabat dövründə ölkədə adambaşına 8.2 kq bitki yağı, 3.9 kq kərə yağı, 25.3 kq şəkər, 1.3 kq çay, 5.8 kq isə duz istehlak edilib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 1 207 152 ton çörək, 120 828 ton bitki yağı, 45 691 ton kərə yağı, 1 036 340 ton şəkər, 15 513 ton isə çay istehlak olunub.

Xatırladaq ki, bu dövrdə özünü təminetmə səviyyəsi çörək üzrə 99.7%, bitki yağları üzrə 55.7%, kərə yağı üzrə 67.7%, şəkər üzrə 84.4%, çay üzrə 85.5%, duz üzrə isə 101% olub.