Azərbaycanda seçicilərin sayı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, ölkədə 6 421 960 nəfər seçici var.

Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir.

MSK sədri seçki məntəqələrinin sayı barədə də məlumat verib: “6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir”.

Məzahir Pənahov qeyd edib ki, 135 məntəqə müşahidə aparmağın özünün xüsusi qaydaları var: "Bunların içində hərbi hissələrdə, həbsxanalarda yaradılan məntəqələr də var. Burada təhlükəsizliklə bağlı qaydalar var. Müşahidəçilər bu tələbləri bilməlidir. Digər məntəqələrdə müşahidəçilərə Seçki Məcəlləsindən kənar heç bir müdaxilə ola bilməz”.