Dünyanın ən böyük düyü istehsalçısı olan Hindistanın düyü ixracı ilə bağlı yeni məhdudiyyətləri qiymət artımına səbəb olub.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Hindistanın düyü ixracını azaltmaq qərarı birmənalı qarşılanmayıb. 

Bu addım Hindistan və Taylanddan sonra dünyada üçüncü ən böyük düyü ixracatçısı olan Vyetnamı da narahat edib. 

Vyetnam Sənaye və Ticarət Nazirliyinin bəyanatına görə, Hindistanın düyü ixracını azaltması qlobal düyü bazarına təsir edəcək. Belə ki, indiki şəraitdə sözügedən məhdudiyyətlər ərzaq qiymətlərinin bahalaşmasına yol açacaq. 

Gülşən Şərif