Rusiya Ukraynanın şərqində ələ keçirdiyi hər 100 metr əraziyə görə ən azı iki min əsgərini itirir.

İqtisadiyyat.az bildirir ki, bu barədə “The Times” nəşri NATO ölkələrinin kəşfiyyat xidmətlərinə istinadən xəbər verib. Məlumatda bu rəqəmə yaralı hərbçilərin daxil olub-olmaması yer almayıb. 

“Ramşteyn formatı” kimi tanınan Ukraynanın müdafiəsi üzrə təmas qrupunun son iclasında ABŞ Müdafiə naziri Lloyd Ostin qeyd edib ki, Rusiya quru qoşunları hazırda çox zəifləyib və ruhdan düşüb:

"Rusiya döyüşə böyük miqdarda əlavə resurs göndərməkdə davam edir. Lakin orduya yeni cəlb edilənlərin əksəriyyəti pis təlim keçmiş və pis təchiz olunmuşdur. Buna görə də Rusiya çoxlu itkilərə məruz qalır".

Ukrayna Baş Qərargahının məlumatına görə, təkcə fevralın 15-də Ukraynada 690 rus əsgəri öldürülərək sıradan çıxarılıb. Müharibədə rus qoşunlarının ümumi itkilərinin 140 minə çatdığı bildirilir.