Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumət administrasiyasından məlumat verilib.

Bildirilib ki, Baş nazir İrakli Qaribaşvilinin konfrans çərçivəsində təşkil olunacaq panel müzakirələrdə iştirakı nəzərdə tutulub.

Gürcüstan hökumətinin başçısı ölkənin iqtisadi inkişafı, regional münaqişələrin yaratdığı təhlükələr barədə çıxış edəcək.

Baş naziri bu səfərdə xarici işlər naziri İlya Darçiaşvili, müdafiə naziri Cuanşer Burçuladze və digər rəsmi şəxslər müşayiət edirlər.