Azərbaycan ilə Gürcüstan arasında bu ilin yanvar-iyun aylarında ticarət dövriyyəsi 455,3 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,5 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycandan Gürcüstana 406,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 48,6 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar-iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsi 437,7 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova